
Origi yenidən Premyer Liqada
“Nottingem Forest” “Milan”ın hücumçusu Divok Origini heyətinə qatıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı belçikalı forvard 2023/2024 mövsümünü icarə əsasında “Nottingem Forest”də keçirəcək.
Origi 2022-ci ilin iyulunda azad agent kimi “Milan”a keçib, bundan əvvəl isə” Liverpul”da çıxış edib. O, 2022/23 mövsümündə “rossonyerlər”in heyətində 35 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin