“Ordu” “Gəncə”yə qalib gəldi
Azərbaycan Basketbol Liqasının 13-cü turunda “Ordu” “Gəncə”yə qalib gəlib.
Komanda.az xəbər verir ki, B qrupunda baş tutan matç Bakı İdman Sarayında təşkil olunub. Oyun “Ordu”nun 93:90 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki oyunlarında “Naxçıvan” “Sərhədçi”ni 80:76, “Abşeron” “Sabah”ı 67:59, NTD “Neftçi”ni 105:100, “Sumqayıt” “Şəki”ni 98:93 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin