
“Ordu” daha bir basketbolçunun keçidini açıqladı
“Ordu” klubu daha bir basketbolçunun keçidini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc basketbolçu Əlibəy Məmmədli ilə 1 illik müqavilə imzalanıb.
190 sm boya malik basketbolçunun son iş yeri “Gəncə” klubu olub. Məmmədli Azərbaycanın U-20 yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin