“Nikbin olmalıyıq” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə barədə bunları söyləyib:

“Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizodlara girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə gəlib çataq.

Ramon Maçado önəmli oyunçumuz olduğundan, hücumlar daha çox onun üzərində qurulur. Nikbin olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Əyyub Allaşa gəldikdə, iki gündür bizə qoşulub. Ona da vaxt lazımdır.

Hər iki “cəbhə”də oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm, inanıram. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button