
Superkompüter İtaliya çempionu olacaq komandanın adını açıqlayıb
“Opta” superkompüterinin hesablamalarına görə, “Napoli” 2024/25 mövsümündə İtaliya çempionu olacaq.
Neapollular 34-cü turdan sonra A Seriyasında vahid liderliyə yüksəlib. Antonio Kontenin komandası son turda “Torino”ya qalib gəlib (2:0), “İnter” isə “Roma”ya uduzub (0:1). Çempionatın bitməsinə 4 tur qalmış “Napoli” “İnter”i 3 xal qabaqlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Opta” A Seriyasını 81,3 faiz ehtimalla “Napoli”nin qazanacağını hesab edir.
Milan klubuna çempionluq üçün 18,7 faiz verilir. Baxmayaraq ki, 34-cü tura qədər superkompüter onları titul uğrunda mübarizədə favorit hesab edirdi (55,8 faiz).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



