“Naqelsmannı Almaniya millisində görmək xoş olardı” – Sane

“Bayern”in vingeri Leroy Sane Yulian Naqelsmannın Almaniya millisinə baş məşqçi təyin olunması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Naqelsmannı keyfiyyətli mütəxəssis adlandırıb:

“O, keyfiyyətli mütəxəssisdir. Görək, Almaniya millisinə rəhbərlik etmək istəyirmi? Onu burada görmək və yenidən onunla işləmək xoş olardı”.

Sentyabrın 10-da Almaniya millisində Hans-Diter Flikin istefası elan edilib. Flik 2021-ci ildən Almaniya millisində çalışırdı. Milli komanda bu müddətdə 25 matçda 12 qələbə qazanıb, 7 dəfə heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button