“Onunla yeni müqavilənin imzalanması üzərində işləyirik” – “Bavariya”nın prezidenti
Almaniyanın “Bavariya” klubunun prezidenti Herbert Hayner komandanın qapıçısı Manuel Noyerin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, 33 yaşlı qapıçıyla yeni müqavilənin imzalanması ehtimalı ilə bağlı danışıb:
“O, həqiqətən Münheni sevir. Noyer böyük komandamızın bir hissəsidir. Klubdakı hər kəs onu yüksək qiymətləndirir. Onunla yeni müqavilənin imzalanması üzərində işləyirik. Bu məsələylə bağlı nikbinəm”.
2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan Noyerin klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin