Müqaviləsi yenilənə bilər
Fransalı yarımmüdafiəçi Nqolo Kante “Çelsi” ilə müqavilənin müddətini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilə üçün danışıqlara başlamağa hazırdır.
Futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Yeni müqavilənin imzalanması üçün öncədən aparılan danışıqlar yarımçıq qalmışdı.
Uzun müddətdir zədə səbəbindən komandaya kömək edə bilməyən Kantenin klubdan ayrılacağı da deyilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin