Onunla bağlı qərar vermək üçün Qvardiolaya 5 dəqiqə bəs edib

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə çempionatının 33-cü turunun “Arsenal”la oyunundan əvvəl 2014-cü ildə London təmsilçisinin üzvü Martin Odeqardı “Bayern”ə necə transfer etməyə çalışdığından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi Odeqard haqda beş dəqiqəyə qərar verdiyini deyib:

“Odeqardı xatırlayıram, illər əvvəl atası ilə iki günlük məşq üçün gəlmişdi. Düşünmək üçün mənə beş dəqiqə bəs etdi: bu oğlan yaxşı oynayır! O, həqiqətən də əla oyunçudur. Müstəsna biridir”.

Odeqard “Arsenal”dan əvvəl “Real”da da forma geyinib.

“Arsenal”ın MS ilə oyun aprelin 26-da keçiriləcək. “Arsenal” hazırda Premyer Liqada 75 xalla liderdir və “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin “şəhərlilər”in ehtiyatda iki oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button