“Onunla bağlı klubumuza rəsmi təklif göndərilməyib”
“Fiorentina”nın baş direktoru Coy Barone yarımmüdafiəçi Sofyan Amrabatın gələcək taleyindən danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, Mərakeş millisinin üzvü ilə bağlı rəsmi təklif almadıqlarını söyləyib:
“Onunla bağlı klubumuza rəsmi təklif göndərilməyib. Amrabat hazırda bizimlədir”.
Öncədən mərakeşli futbolçunun adı “Barselona”, “Mançester Yunayted” və “Atletiko” ilə hallanırdı.
26 yaşlı oyunçu 2020-ci ilin yayından İtaliya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir.
O, 2022/23 mövsümündə Florensiya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin