“Onun “Yuventus”un Messisi olacağını düşünmək olar”

İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratisi komandanın vəziyyəti və hücumçuları barədə açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Kriştiano Ronaldonun “qoca sinyora”dakı taleyi və Paulo Dibala ilə yeni müqavilənin imzalanması haqqında danışıb:

“Komanda bu mövsüm üçün qarşıya qoyulan vəzifələri həll edir. Hamımız görülən işlərdən məmnunuq. Yüksək səviyyəli futbolçularımız var. Eyni zamanda, gənc futbolçuları heyətimizə qatmaqla nəsil dəyişikliyi həyata keçirməyə çalışdıq.

Ronaldonun “Yuventus”da qalacağına şübhə yoxdur.

Dibalaya gəlincə, ondan çox məmnunuq, o, bizim “10 nömrə”mizdir. Paulo üçün ciddi sərmayə qoymuşuq. Onun “Yuventus”un Lionel Messisi olacağını düşünmək olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button