Nə Vinisius, nə Bellingem – Xoselu “Real”dan başqa oyunçunu “qızıl top”a layiq görür

“Real”ın hücumçusu Xoselu “qızıl top”u almağa layiq olan futbolçunun adını çəkib.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı forvardın fikrincə, mükafat komanda yoldaşı Dani Karvahala verilməlidir:

“Karvahal və “qızıl top”? Artıq 10 gündür ki, bu haqda danışıram. İnsanlar onun etdiyi hər şeyi qiymətləndirmir. O, tarixin ən yaxşı sağ cinah müdafiəçisidir. Hətta Kafu da bu yaxınlarda bunu söylədi. İnanıram ki, o, bu səviyyəli mükafata layiqdir. Ancaq hər şeyin necə işlədiyi aydındır. Onun xidmətləri Vinisius Junior, Çud Bellingem və ya Toni Kroosunku kimi dəyərləndirilmir. Amma o, “Real”ın bu müddət ərzində qazandığı 6 Çempionlar Liqasının bütün finallarında oynayan yeganə şəxsdir. Və o, son finalın ən dəyərli oyunçusu idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button