
“Arsenal” İspaniya klubunun futbolçusunu izləyir
“Betis”in vingeri Xesus Rodriges İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Arsenal” yay transfer pəncərəsində Rodrigesi almaq yarışında liderlik edən klublardan biridir.
“Topçular” ispaniyalı futbolçunun son La Liqa matçlarındakı çıxışını diqqətlə izləyir. Həmçinin, onun xidmətində “Liverpul” və “Çelsi” də maraqlıdır. Hələlik heç bir klubun “Betis”lə rəsmi danışıqlar aparmadığı iddia edilir.
19 yaşlı oyunçu bu mövsüm “Betis”in əsas komandasında 24 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin