“Barselona”nın keçmiş futbolçusu İspaniyaya qayıda bilər
“Fulhem”in hücumameyilli yarımmüdafiəçisi Adama Traore karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə üç klub maraqlanır. Bu klublar “Atletiko”, “Real Sosyedad” və “Vilyarreal”dır.
Futbolçu 2022-ci ildə icarə əsasında İspaniyada “Barselona”da forma geyinib.
Traore İngiltərə Premyer Liqasının bu mövsümündə 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin