“O, dünyanın ən yaxşı 3-4 futbolçusundan biridir”

Bir müddət əvvəl “Real”dan “Tottenhem”ə transfer olunan Qaret Beylin meneceri Conatan Barnett açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, menecer, Beylin London klubunda xoşbəxt olduğunu bildirib:

“Şübhəsiz ki, o, Premyer Liqada titul qazana bilər. “Tottenhem”in yaxşı heyəti, əla baş məşqçisi var. Beyin köməyi ilə onların çempionluğa yaxınlaşacağına əminəm. Beyl oynamağa acdır. Onun kiməsə nəsə sübut etməyə ehtiyacı yoxdur, karyerasında bir çox titul qazanıb. O, dünyanın ən yaxşı 3-4 futbolçusundan biridir.


Beyl istədiyi yerdə çıxış etməli idi. Onun üçün söhbət puldan getmirdi. Hansısa kluba transfer olunacaqdısa, bu, onun zövq alacağı yer olmalı idi. O, “Tottenhem”i sevir. Çətin dövr keçirdi, amma indi xoşbəxtdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button