
“Liverpul”la “Çelsi”nin 100 milyon avroluq yarışı
“Liverpul” və “Çelsi” “Ayntraxt”ın (Frankfurt) hücumçusu Huqo Ekitike üçün yarışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi”nin oyunçunu transfer etmək şansının daha yüksək olduğuna dair əvvəlki xəbərlərə baxmayaraq, hazırda “Liverpul” fransalı futbolçu üçün mübarizəyə liderlik edir. “Ayntraxt” Ekitike üçün 100 milyon avro təzminat tələb edir. Hər iki klub transfer qiymətini çox yüksək hesab edir və buna görə, hələ heç bir razılıq əldə olunmayıb.
“Liverpul” daha əvvəl 150 milyon avroya Bundesliqadan “Bayer”in yarımmüdafiəçisi Florian Virtsin transferi üçün razılığa gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



