Onun üçün 3 klub mübarizə aparacaq
“Bayer”in müdafiəçisi Conatan Ta yay transfer pəncərəsində Leverkuzen klubundan ayrılmadı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu böyük ehtimalla, bir ildən sonra klubunu dəyişəcək. Tanın agenti oyunçunun müqaviləsini yeniləməyəcəyini artıq təsdiqləyib.
28 yaşlı müdafiəçinin transferi üçün klublar arasında ciddi rəqabət var. “Real” oyunçu üçün mübarizə aparmaqda qərarlıdır. Madrid klubu bu rəqabətdə “Barselona” və “Bayern”lə yarışacaq.
Conatan Ta bu yay Avropa çempionatında Almaniya millisinin heyətində olub. O, gələn yay azad agent ola bilər ki, bu da onun namizədliyini digər klublar üçün xüsusilə cəlbedici edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin