Arteta onu “Arsenal”da istəyir

AÇ-2024-ün çempionu Niko Uilyams yay transfer pəncərəsi bağlanana qədər “Atletik”i tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun İngiltərə Premyer Liqasının top-klubunda oynamaq imkanı var. Uilyamsla “Arsenal” maraqlanır.

“Topçular”ın rəhbərliyi futbolçunun təzminatını ödəməyə hazırdır. Onun oyununu uzun müddətdir izləyən “Arsenal”ın baş məşqçisi Mikel Arteta şəxsən Uilyamsın transferini istəyir.

22 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 31 oyuna çıxıb, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button