“Onun sürüşmələrinə mən də əsəbiləşdim” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 56 yaşlı mütəxəssis 0:1 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Bu gün hər bir komanda qələbə qazanmaq istədi. Fasilədən sonra ilk matçda güclər bərabər olur. İlk yarıda 10 nəfərlə qaldıq. İnanıram ki, gələcəkdə daha yaxşı nəticə qazanacağıq. Matç ərzində üstünlük bizdə idi, lakin fürsətlərdən yararlana bilmədik. Qırmızı vərəqə alan Elçin Mustafayevin üstündən xətt çəkmək olmaz. Vüsal İsgəndərli həvəslə oynayır. 90 dəqiqə mübarizə aparır. Mənim komandamda hamı 90 dəqiqə ərzində özünü göstərdi. Bu gün uduzmalı deyildik”.

Hüseynov növbəti oyunda bağlı heyətlə bağlı qərar vermədiyini vurğulayıb. “Anatole Abanqın çəkisi yoxdur, bizdə hər artıq çəkiyə görə cərimələr var. Onun ilk matçı idi. Yoldaşlıq oyununda yaxşı çıxış etdi. Onun sürüşmələrinə mən də əsəbiləşdim, amma butsunda problem olduğu üçün belə alınırdı”.

Təcrübəli mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: “Sonlarda qol epizodları yarandı, amma istifadə edə bilmədik. Qol imkanlarından yararlanmaq lazımdır. Bir az bəxt amili də var. 25-ci dəqiqədə 3 futbolçuda sarı vərəqə var idi. Onlar da qorxa-qorxa oynadılar ki, komandanı azlıqda qoyarlar. 10 nəfərlə 11 nəfərlə qarşı yaxşı çıxış etdik”.

Onun sözlərinə görə, klubun prezidenti Zaur Axundov hər zaman komandanın arxasında durub: “Qarşıda oyunlarımız var. Əminəm ki, yaxşı nəticələr olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button