“Flikin sayəsində hər şeyi qazana bilərik” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta Hans-Diter Flikin təyinatından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub rəhbəri, almaniyalı baş məşqçinin sayəsində hər şeyi qazana biləcəklərini söyləyib:

“Biz Flikdən klubumuza gəlməyi istədik, o, çağırışı qəbul etdi. O, bizim oyun üslubumuzdan əl çəkmədən komandanı yaxşı hazırlaya biləcək. Yeni mövsümə kimi yaxşı fiziki hazırlıq lazımdır. Onun sayəsində biz hər şeyi qazana bilərik”.

Almaniyalı mütəxəssis mövsüm başa çatdıqdan sonra “Barselona”nı çalışdırmağa başlayıb. O, “Barsa”nın “sükanı arxasında” Xavini əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button