“Onun “Real”a gəlişi mənim qərarıma təsir etməyəcəkdi” – Kroos

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos fransalı hücumçu Kilian Mbappenin Madrid klubuna transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki almaniyalı keçmiş futbolçu, Mbappenin gəlişinə şad olduğunu bildirib:

“Onun “Real”a gəlişi mənim ayrılma qərarıma təsir etməyəcəkdi. Kilianın klubda olacağını bilirdim, nəhayət, gəldiyinə şadam. O, komandaya kömək edəcək. Bu, iki il əvvəl baş verə bilərdi, amma indi o, dəqiq buradadır. Lakin onun transferi mənim seçimimə heç bir təsir göstərə bilmədi”.

Mbappe “kral klubu”nun sıralarına yayda qoşulub. O, PSJ-dən azad agent kimi keçib və Madrid klubu ilə 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button