“Onun qayıdışı paltardəyişmə otağında hər kəsi ruhlandırdı” – Spaletti
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandanın Sandro Tonalinin qayıtmasına son dərəcə müsbət reaksiya verdiyini etiraf edib.
Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı mətbuat konfransında yeni bir Tonali gördüklərini bildirib:
“Biz Tonalini qucaq açaraq qarşılamağa hazır idik. Bütün keyfiyyətlərini nəzərə alsaq, o, bizim üçün çox önəmlidir. Yeni bir Tonali gördük. O, hər şeyə qadirdir və meydanda hər kəsə kömək etməyə çalışır.
Sandro komanda yoldaşları tərəfindən o qədər sevilir ki, onun qayıdışı paltardəyişmə otağında hər kəsi ruhlandırdı, sevinc mənbəyi oldu”.
Adı mərc oyunlarında hallanan “Nyukasl”ın yarımmüdafiəçisi 10 aylıq cəza almışdı və İtaliya millisi ilk fürsətdə onu yenidən heyətə cəlb edib.
Tonali sentyabrın 5-da İtaliya millisinin Fransaya qalib gəlməsinə (3:1) kömək edib, məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin