“Onun PSJ-də qalmasına sevinirəm” – Venger

Son olaraq “Arsenal”ın “sükanı arxasında” çalışmış Arsen Venger PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis, “Barselona”ya transferi baş tutmayan hücumçuyla bağlı bunları deyib:

“Düşünürəm ki, o, dünyanın ən yaxşı futbolçularından biridir və onun PSJ-də qalmasına sevinirəm. Belə bir futbolçunu itirsən, bir il sonra digərləri də komandadan ayrılacaq. Klubun pulu çox olsa da, komandada fərq yarada bilən futbolçuları saxlamaq çətindir. Onları itirməməlidirlər. Neymar kimi futbolçunu komandada saxlamaq istəyirsizsə, onu sizin üçün vacib olduğuna inandırmağınız lazımdır”.

Neymar PSJ-də xoşbəxt olmadığını və Kataloniya klubuna qayıtmaq istədiyini bildirmişdi. Lakin klublar arasındakı transfer danışıqları müsbət nəticələnmədi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button