“Onun oyunu mənim qapıçı olmaq istəyimi oyatdı”
Bir neçə gün əvvəl icarə əsasında PSJ-dən “Real”a keçən Alfons Areola açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qolkiper, PSJ-nin futbolçusu Kilian Mbappe və “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın “kral klubu”na mümkün tranfserləri ilə bağlı danışıb:
“Mbappe ilə “Real”a transferi barədə danışıb-danışmadığımızı deyə bilmərəm. Mən burdayam və klub tarixinin bir hissəsi olmaq istəyirəm. O isə hazırda PSJ-dədir, zədəsini sağaltmalı və istədiyi səviyyəsinə qayıtmalıdır. Hər kəsin öz yolu var, mövsümün sonunda nələrin olacağını görəcəyik.
Poqba ilə danışmamışam. O, əla keyfiyyətlərə malik futbolçu və yaxşı insandır”.
26 yaşlı qapıçı, Madrid klubunda 1 nömrəli forma geyinməsi haqqında da danışıb:
“Bu nömrə altında çıxış etmək “Real”da çox şey deməkdir. İker Kasilyas bu forma altında çıxış etdi. O, mənim ideallarımdan biri idi. Onun oyunu mənim qapıçı olmaq istəyimi oyatdı. Burda birinci olduğumu sübut etməliyəm”.
Areola cari mövsümün sonunadək “Real”ın şərəfini qoruyacaq.
Bizi Facebook-da izləyin