“Onun oyun tərzi mənim istədiyim kimi deyil” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 13-cü turunda “Udineze” üzərində qələbəni (3:1) şərh edib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın forvardı Sərdar Azmunu digər hücumçularla birlikdə əsas heyətə buraxmamasının səbəbini də açıqlayıb:
“Paulo Dibala və Azmunun müdafiədə çox nizam-intizamlı və mütəşəkkil olmadıqlarını nəzərə alsaq, bu, müəyyən balanssızlığa gətirib çıxaracaq. Biri oynayanda komandanın tarazlığı pozulmur, amma meydanda iki nəfər varsa, nəzarəti itirmək riskimiz var. Azmunun oyun tərzini bəyənirəm, amma müdafiəyə keçərkən onun oyun tərzi mənim istədiyim kimi deyil. Bununla belə, o, heyrətamiz bacarıqlara malikdir”.
Romalılar İtaliya çempionatının 13-cü turunda “Udineze”yə qalib gəliblər (3:1) və turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar.
Bizi Facebook-da izləyin