“Yamal cəmi 16 yaşında çox yüksək səviyyədə çıxış edir” – Gündoğan
Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan İspaniya yığmasının 16 yaşlı vingeri Lamin Yamal haqda fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu, “Barselona”da komanda yoldaşı olan 16 yaşlı Yamalın nümayiş etdirdiyi futbolu izləməyin sadəcə zövq olduğunu bildirib:
“Yamal cəmi 16 yaşında çox yüksək səviyyədə çıxış edir. Onun nümayiş etdirdiyi yetkin futbolu izləmək sadəcə zövqdür. Təbii ki, Laminin hələ öyrənəcəyi çox şey var. Amma onun yaşında o, artıq çox şey edə bilər”.
Almaniya millisi iyulun 5-də Avropa çempionatının 1/4 finalında İspaniya ilə qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin