“Onun vurduğu qolları görəndə əsəbiləşirəm” – “Barselona”nın futbolçusu

“Barselona”nın müdafiəçisi Andreas Kristensen “Real”ın yarımmüdafiəçisi Çud Bellingemin mövsümün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu, Bellingemin göstərdiyi nəticələri görəndə əsəbiləşdiyini bildirib:

“Onun göstərdiyi nəticələri və vurduğu qolları görəndə əsəbiləşirəm. Son vaxtlar demək olar ki, həmişə qol vurur və matçların nəticəsini həll edir. İndiyə qədər onun neçə qol vurduğunu da bilmirəm”.

Bellingem bu mövsüm bütün turnirlərdə 10 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button