“Onun da “Mançester Yunayted”ə keçməsinə çox şadam” – De Liqt

“Mançester Yunayted”in yeni müdafiəçisi Matteys de Liqt komanda yoldaşı Nussair Mazraui haqqında fikirlərini bölüşüb.

Komanda.az klubun kanalına istinadən xəbər verir ki, niderlandlı futbolçu Mazrauinin əla oyunçu olduğunu bildirib:

“Nussairə nə deyə bilərəm? O, gözəl oğlan, əla oyunçudur. Mən onu çoxdan tanıyıram – təxminən on ildir, məncə. Bu, təkcə üçüncü dəfə eyni klubda olmağımız deyil. Bizim xüsusi münasibətimiz var və onun da “Mançester Yunayted”ə keçməsinə çox şadam. Biz bir-birimizə kömək edə bilərik”.

Hər iki futbolçu bu həftənin əvvəlində “Bayren”dən gələrək, “qırmızı şeytanlar”ın sıralarına qoşulub. De Liqt və mərakeşli futbolçu bir-birlərini “Mançester Yunayted”in hazırkı çalışdırıcısı Erik ten Haqın onlarla birlikdə işlədiyi “Ayaks”dakı çıxışlarından tanıyırlar.

Bu gün “Mançester Yunayted” Premyer Liqanın ilk turu çərçivəsində “Fulhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button