“Napoli” rəsmisindən adı İngiltərə klubu ilə hallanan Osimhenlə bağlı açıqlama

“Napoli”nin idman direktoru Covanni Manna hücumçu Viktor Osimhenin mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub rəsmisi Osimhenin həmişə gündəmdə olacaq bir ad olduğunu bildirib:

“Viktor həmişə gündəmdə olacaq bir addır, böyük klubların diqqətini çəkən futbolçudur. Onun müqaviləsində azad agent olma bəndi var və bunu hamı bilir. Biz keçən il yaranan problemlərin təkrarlanmasının qarşısını almaq üçün mümkün qədər tez həll yolu tapmağa çalışırıq”.

Nigeriyalı hücumçu hazırda “Qalatasaray”da icarə əsasında çıxış edir, ancaq mövsüm bitdikdən sonra onun “Mançester Yunayted”ə keçməsi ehtimalı var.

26 yaşlı Osimhenin qiymətinin 75 milyon avro olduğu bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button