MY və “Arsenal” onu maaş tələbinə görə transfer etməyib
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyonun İngiltərə Premyer Liqasının klublarından birinə keçmək variantı puç olub.
Komanda.az “Give me sport”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Arsenal” fransalı yarımmüdafiəçinin xidmətindən imtina edib. Səbəb Rabyonun maaş tələbi olub.
29 yaşlı yarımmüdafiəçi həftədə təxminən 280 min avro qazanmaq istəyir ki, bu da “Mançester Yunayted” və “Arsenal” üçün absurd rəqəmdir. O, həmçinin agenti olan anası Veronque üçün imza bonusu və əhəmiyyətli komissiya tələb edib.
Rabyo yayda “Yuventus”dan ayrıldıqdan sonra azad agent olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin