
Pike: “Barselona” mənə hər şeyi verdi”
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike karyerası haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu arzusunu tam həyata keçirdiyini deyib:
“Karyerama gəlincə, çox fəxr edirəm ki, arzumu tam həyata keçirmişəm. Uşaqlıqdan dəstəklədiyim klubda oynayırdım və hər anımdan həzz alırdım. Kluba üzvlük vəsiqəmi şəxsiyyət vəsiqəm olmadan almışam. “Barselona” mənə hər şeyi verdi. Klubun mənim köməyimə ehtiyacı olsa, mən həmişə orada olacam”.
15 mövsümü Kataloniya klubunda keçirən Pike bu komandada 600-dən çox oyuna çıxıb. O, 2022-ci ilin sonunda karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin