“Onun komandaya çox fayda verəcəyi öncədən məlum idi” – Pioli

“Milan”ın çalışdırıcısı Stefano Pioli İtaliya A Seriyasının birinci turunun “Bolonya” ilə matçından sonra (2:0) açıqlama verib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, yay transfer pəncərəsində “Çelsi”dən aldıqları Kristian Pulişiçi unikal futbolçu adlandırıb:

“Tarazlığı sona qədər qorumaq üçün daha çox çalışmalıyıq. Transfer etdiyimiz oyunçuların futbol anlayışı yüksək səviyyədədir.

Çempionat başlamadan öncə dörd yoldaşlıq oyunu keçirdik. 2023/24 mövsümü artıq start götürüb. Görüləcək çox iş var. Biz düzgün yolda irəliləyirik.

Pulişiçin istedadlı olduğunu bilirdim, bununla bağlı heç vaxt şübhəm olmayıb. Onun komandaya çox fayda verəcəyi öncədən məlum idi. Kristian unikal futbolçudur. Lazım olsa, Rafael Leaonu da əvəz edə və ya hücumçunun arxa tərəfində oynaya bilər”.

“Milan” növbəti turda “Torino”nu qəbul edəcək, “Bolonya” səfərdə “Yuventus”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button