“Ronaldo klubda hər kəsi dəfn etdi”
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun klubdakı durumunu şərh edib.
Komanda.az xəbər verir ki, Lineker “tvitter” hesabında Ronaldonun “The Sun” nəşrinə müsahibəsini dəyərləndirib:
“Mən onun klubda qalacağını düşünmürəm. O, demək olar ki, klubda hər kəsi dəfn etdi: oyunçuları, məşqçiləri, rəhbərliyi. Bu, inanılmazdır!”
37 yaşlı Ronaldo verdiyi müsahibədə klub rəhbərliyini tənqid etmiş, həmçinin, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.
Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin