“O, bu klub üçün çox iş görüb” – David Luiz
UEFA Avropa Liqasının final oyununda “Arsenal”a 4:1 hesabı ilə qalib gələn “Çelsi”nin müdafiəçisi David Luiz açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, baş məşqçi Mauritsio Sarrinin bu uğura layiq olduğunu deyib:
“Mövsüm ərzində enişlər-çıxışlar oldu, amma çox inkişaf etdik və mövsümü kubokla bitirməyi bacardıq.
Sarri möhtəşəm bir insan, mükəmməl baş məşqçidir və o, bu kuboka layiqdir. O, bu klub üçün çox iş görüb. Onun istefası haqqında deyilənlərlə bağlı danışmaq istəmirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin