“Onun haqqında pis danışanlar parazitlərdir” – Beylin agenti
“Real”ın yarımmüdafiəçisi Qaret Beylin agenti futbolçunun komandadakı mövqeyindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Beylin “Real”da xoşbəxt olduğunu deyib:
“Beyl “Real” da həmişə çox xoşbəxt olub. Madridə gələndə gənc idi, uşaqları bu şəhərdə doğulub, o, koronavirusla mübarizə üçün İspaniya xəstəxanalarına çoxlu pul bağışlayıb, şəhəri və ətrafını sevir. Onun haqqında pis danışanlar parazitlərdir”.
Uelsli futbolçu 2013-cü ildən “Real”da çıxış edir. Bu müddət ərzində o, “kral klubu”nda 256 oyun keçirib və 106 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin