Gündoğanın gəlişi onun gedişinə səbəb ola bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç yaxın gələcəkdə komandasını tərk edə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, İlkay Gündoğan azad agent kimi “Barselona”dan “şəhərlilər”in düşərgəsinə qayıtdıqdan sonra istədiyi qədər oyun praktikası ala bilməyəcəyinə inanır.
Kovaçiç “Mançester Siti”də 2023-cü ilin yayından – “Çelsi”dən keçdiyi vaxtdan çıxış edir. O, “Barselona”ya keçməyə qərar verən Gündoğanın yerinə alınmışdı.
Daha əvvəl Kovaçiçlə Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.
30 yaşlı futbolçu Premyer Liqanın ilk 3 turunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin