Sabiq futbolçu Palmerə “Liverpul”a keçməyi məsləhət görür

“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin karyerasını harada davam etdirə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, trinidad və tabaqolu sabiq futbolçu “Liverpul”un Məhəmməd Salahla yollarını ayıracağı təqdirdə, Palmerin bu komandaya transferinin real olacağını bildirib:

“Palmer niyə ən yaxşı oyunçu olduğu komandanı tərk etsin? Klub Salahla yollarını ayırsa, o, “Liverpul”u nəzərdən keçirə bilər. Salah getsə, bu transfer real olacaq”.

22 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyun keçirib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2033-cü ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button