ÇL: “Onun Halandla mübarizəsini bəyəndim” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ancelotti UEFA Çempionlar Liqasının yarımfinalının “Mançester Siti” ilə oyunundan sonra (1:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, görüşdən razı qaldıqlarını söyləyib:

“Maraqlı oyun oldu. İlk hissə bizim üçün çətin keçsə də, fasilədən sonra özümüzə gəldik.

Matça yaxşı nəzarət edirdik. Müdafiədə topla mübarizə aparırdıq. Bu, rəqibə çətinlik yaradırdı. İnamla müdafiə olunduq. Hamılıqda oyundan razı qaldıq. Cavab matçına köklənəcəyik”.

İtaliyalı mütəxəssis Antonio Rüdigerin çıxışını da dəyərləndirib:

“Onun Erlinq Halandla mübarizəsini bəyəndim. Orta xətti nəzarətdə saxlayırdı”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button