“Onun durumunu eşidəndə mənim üçün şok oldu” – Yurçeviç
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç yoxlama oyununda U-21 komandasını 3:0 hesabı ilə məğlub etdiləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az həmin müsahibəni təqdim edir…
- Oyun barədə fikirləriniz necədir?
- Ümumi götürsək, yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların oyunlarını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.
- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirlərinizi necədir?
- Təxminən bir həftədir ki, bizimlə birgə məşq edir, məçqlərdə özünü yaxşı tərəfdən göstərir, deyə bilmərəm ki, bu onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək, hər halda qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudur. Ondan gələcəkdə nəsə gözləyirik.
- Rüfət Dadaşov ikinci hissədə meydana daxil oldu, amma sonradan yenə əvəzləndi, bu nə ilə bağlı idi?
- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər kimsə daha çox, kimsə daha az oyun vaxtı əldə etdi. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçu mövqeyində oynamalı olan 3 futbolçu var. Həmin 3 futbolçunu razılaşmışdırmışdıq ki, onların hamısı oyun vaxtı əldə etsin. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, onları öz aralarında bölüşdürüb oyuna buraxdım. Burada narazılıqdan söhbət gedə bilməz.
- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisinizmi?
- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur. Hər birinin üstün cəhətləri var. Hələ ki, kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.
- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmağı və Edi İsrafilovun olmamağı komandanın planına necə təsir edəcək?
- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizimlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərdi. Eddi fiziki gpstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdursa, digər oyunçular üçün şansdır. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu alınmırsa, vəziyyətlə barışmalıyıq. (Report)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin