“Onun durumu nəzarət altındadır” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti İtaliya A Seriyasının 29-cu turunun “Leççe” ilə matçından sonra (2:1) açıqlama verib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, qarşılaşmanın 66-cı dəqiqəsində meydana çıxan və zədələnərək 82-ci dəqiqədə əvəzlənən Covanni Simeonedən söz açıb:

“Covannidə əvvəlcə əzələ, sonra isə diz ağrıları müşahidə edildi. Oyuna qayıtmaq istəyirdi, lakin fikirləşdik ki, risk etməmək lazımdır”.

Spaletti, Viktor Osimhenin zədəsi haqda da fikir bildirib:

“Osimhen hər matçda meydana çıxmaq istəyir. Amma bəzi durumları nəzərə almaq və diqqətdə saxlamaq lazımdır. Həqiqətən də, o, ağır zədə alıb. Mövsümü erkən bitirmək təhlükəsi var idi. Bu səbəbdən, həkimlər bildirdi ki, Viktor bir müddət oynamamalıdır. Onun durumu nəzarət altındadır”.

O, nigeriyalı hücumçunun fiziki gücünü qiymətləndirib:

“Osimhensiz mübarizə aparmaq çətindir. Çünki onun fiziki gücü çox yaxşıdır. Hamını özünə tərəf çəkir. Nəticədə, meydanda rahat hərəkət etmək üçün komanda yoldaşlarına şərait yaradır”.

Neapol təmsilçisi hazırda İtaliya A Seriyasının turnir cədvəlində 74 xalla birinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button