Kanselo “Barselona”nın bəzi futbolçularını qəzəbləndirib

Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo İngiltərəyə geri dönüb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubunda çoxu portuqaliyalı futbolçunun davranışından narazı olub.

Kanselo əsas heyətə düşmədiyi zaman laqeydlik göstərib və gənc komanda yoldaşları ilə yaxşı davranmayıb. Bütün bunlar “Barsa”nın bəzi əsas oyunçularının qəzəbinə səbəb olub.

27 yaşlı futbolçu ötən mövsümün sonunda “Mançester Siti”yə qayıdıb. Onun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button