Klopp xoşbəxtdir

“Liverpul”un baş məşqçisi Yurgen Klopp niderlandlı hücumçu Kodi Qakponun kluba transferi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gənc oyunçu ilə müqavilə bağlandığı üçün xoşbəxt olduğunu deyib:

“Qakpo ilə müqavilə imzaladığımız üçün xoşbəxtəm. Uzun müddətdir tanıdığımız və bizimlə parlaq gələcəyi olduğuna inandığımız bir oyunçu ilə müqavilə imzalaya bildik. Onun cəmi 23 yaşı var, lakin böyük təcrübəsi var. O, PSV-nin kapitanı olub. Keçən mövsüm Niderlandda ilin ən yaxşı oyunçusu olub və eyni zamanda, milli komandası ilə möhtəşəm dünya çempionatı keçirib”.

Qakpo “Liverpul”da 18 nömrəli formanı geyinəcək. O, bu mövsüm Niderland çempionatında 14 oyun keçirib, 9 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button