“Mətbuatın təzyiqinə tab gətirməlisən” – “Qəbələ”nin sabiq baş məşqçisi
“Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin “Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın oyunu haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 76 yaşlı rusiyalı mütəxəssis gürcü futbolçunun böyük oyunçu statusuna malik olduğunu bildirib:
“Uzun aradan sonra “Napoli”də qol vurduqdan sonra yenidən oynayıb-oynamayacağını ancaq Allah və Xviça özü bilir. Kvaratsxeliya klubda böyük oyunçu statusuna malikdir, onu saxlayır və artırır. O, əvvəlcə ona lazım olan komandaya düşdü və baş məşqçi dərhal ona etibar etməyə başladı. O, Gürcüstan millisində əla oynadı. Onun səviyyəsini qorumaq və yüksəltmək üçün böyük potensialı var. Amma mətbuatın təzyiqinə tab gətirməlisən. Bu, hər yerdə var, bütün liqalarda və klublarda: oyunçular pis oynayanda tənqid olunur, xüsusən də, İtaliyada. Bu o deməkdir ki, sən yaxşı oynamalısan ki, heç bir təzyiq olmasın”.
Syomin 2013-2014-cü illərdə “Qəbələ”nin baş məşqçi postunda çalışıb.
Kvaratsxeliya bu mövsüm A Seriyasında “Napoli”nin heyətində 8 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin