“Onun bizimlə davam edəcəyini düşünürəm” – Valverde

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Filippe Koutinyonun gələcəyi ilə bağlı danışan mütəxəssis, onun Kataloniya klubunda qala biləcəyini deyib:

“Nə baş verəcəyini bilmirik, amma Koutinyo hazırda bizimlə olan futbolçudur. O, oynamır, amma onunla bağlı planımız eynidir. Onun bizimlə davam edəcəyini düşünürəm”.

55 yaşlı mütəxəssis, “Real”ın PSJ-nin futbolçusu Neymar üçün hərəkətə keçməsi haqqında suala belə cavab verib:

“İndi Neymarı transfer etmək istəyən “Real”dır və nə olacağını görəcəyik. İki il əvvəl o, burda idi və onunla bağlı bütün sualları cavablandıra bilirdim. İndi yenidən məndən onu soruşurlar. Başqa komandaların heyətində olan futbolçular haqqında danışa bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button