“Alonsonun “Bayer”dən getməyəcəyi mənə aydın idi”

“Bayern”in idman direktoru Maks Eberl Xabi Alonsonun “Bayer”də qalmaq qərarı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, ispaniyalı mütəxəssisi daha əvvəldən tanıdığını və onunla o vaxtdan danışıqlar apardığını bildirib:

“Xabi layiqli insandır. Mən onu daha əvvəlki iş yerindən tanıyırdım və onunla danışıqlar aparırdım. Onun “Bayer”dən getməyəcəyi mənə aydın idi”.

42 yaşlı məşqçi 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Alonsonun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Bundan əvvəl mətbuatda Alonsonun xidmətində “Real”, “Liverpul” və “Bayern”in maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button