“Onun başqa kluba getməsini istəmirəm” – Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi müzakirə olunan komanda yoldaşı Neymarla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Mbappe, braziliyalı futbolçunun Paris təmsilçisindən ayrılmasını istəmədiyini deyib:

“Neymarın bizimlə qalmasını arzulayıram. Onun başqa kluba getməsini istəmirəm. Artıq bu haqda ona demişəm. Onunla aramızda hər şey yaxşıdır”.

Neymarın PSJ-dən ayrılaraq, “Barselona”ya transfer olunmaq istədiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button