“Onun ABŞ-a gəlməsi mənə də təsir etdi” – Buskets

“İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets ABŞ klubuna keçidi barədə danışıb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, argentinalı forvard Lionel Messi ilə yenidən birlikdə çıxış edəcəyini diqqətə çatdırıb:

“Öncədən Messi və mən fərqli klublarda çıxış edirdik. İndi isə yenidən birlikdəyik. Onunla birlikdə matçlardan həzz almaq şansım var. Lioneldən əvvəl mən “İnter Mayami” ilə danışıqlar aparırdım. Amma ikimiz də bundan xəbərdar idik.

Messinin yenidən “Barselona”ya qayıtmaqla bağlı şübhələri var idi, lakin hazırda hər kəs seçimini edib. Onun ABŞ-a gəlməsi mənə də təsir etdi”.

35 yaşlı Buskets azad agent kimi Mayami təmsilçisinə qoşulub. İspaniyalı futbolçu ilə 2025-ci ilə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Buskets başa çatan mövsümü “Barselona”da, Messi isə PSJ-də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button