Onu “Yuventus” da istəmir, Simeone də

Alvaro Morata mövsümün sonunda “Yuventus”u tərk edəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Turin klubundan 29 yaşlı futbolçuya onu “Atletiko”dan almayacaqları bildirilib.

Morata yayda Madrid klubuna qayıtmalıdır, lakin o, baş məşqçi Dieqo Simeonenin planlarına daxil deyil.

“Yuventus” ispaniyalı futbolçunu 2022-ci ildə “Atletiko”dan icarəyə götürüb. Onun icarə müqaviləsi bu ilin yayında başa çatacaq.

Morata bu mövsüm Turin təmsilçisində bütün turnirlərdə 48 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button