“Beyl “Real”ın “günah keçisi” oldu” – Berbatov
“Tottenhem”in keçmiş futbolçusu Dimitar Berbatov, “Real”ın heyətində tənqid olunan keçmiş komanda yoldaşı Qaret Beyl haqqında açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı sabiq futbolçu, uelsli hücumçuya “Real”da haqsızlıq edildiyini deyib:
“Bir futbolçu oynadığı klubda dəyər görmürsə, komandadan ayrılmalıdır. Nə vaxt “Real”da işlər pis getsə, Beyli günahlandırırlar. Bunu başa düşə bilmirəm, ona haqsızlıq edirlər. Onun keçirdiyi 30 oyunda 12 qolu var. Beyl “Real”ın “günah keçisi” oldu”.
Bolqarıstanlı futbolçu, Beylin “Tottenhem”ə qayıtma ehtimalı ilə bağlı da fikirlərini bildirib:
“Beyl “Tottenhem”ə gedərmi, bilmirəm. Pul məsələsi vacibdir. “Tottenhem”in bir futbolçu üçün 100 milyon avro ödəyəcəyini düşünmürəm. Amma Beyl Premyer Liqadakı hər klubda oynaya biləcək səviyyədədir. Onu yenidən İngiltərədə görmək gözəl olardı”.
Berbatovla Beyl 2007-2008-ci il mövsümündə “Tottenhem”də birlikdə oynayıblar.
Bizi Facebook-da izləyin