“Onu potensialına inanıb gətirmişik” – Sənan Qurbanov

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”a qarşı evdə də, səfərdə də oynamaq çətindir. Məğlubiyyətlərdən sonra qorxumuz var idi ki, ruh düşkünlüyü olar. Oyunçularla danışdıq ki, aqressivlik və istək lazımdır. Neqativ halları beynimizdən atmalıyıq. “Qarabağ” güclü komandadır. Buna rəğmən futbolçular məsuliyyətli oldular. Qol imkanlarımız da oldu. Əsas odur ki, ruh düşkünlüyü olmasın və oyundan-oyuna inkişaf edək.

  • “Keşlə”nin hücumçulardan çəkdiyi problem nədir?
  • Oyunçulara hücum planında bu gün də xatırlatdım ki, qol vurmalı və daha yaradıcı olmalıyıq. Deməzdim ki, hücumçular zəıif çıxış etdi. Hücumda da gözəçarpan məqamlar var idi. Qol imkanlarını qola çevirə bilmirik. İstəmirəm bu bizdə stress yaratsın. Başqa tərzdə futbolçulara çatdırıram.
  • Demək olar ki, Natan Oduva sizi üç xaldan etdi?
  • İlyarılm futbolsuz qalan futbolçudur. Potensialına inanıb gətirmişik. O da daha yaxşı olmaq üçün səy göstərir. Oyun praktikasından əziyyət çəkir. Geniş futbolçu heyətimiz yoxdur ki, Natanı yavaş-yavaş oynadaq. Oynaya-oynaya qollar vuracaq. Taktiki olaraq da tapşırıqları yerinə yetirməyə çalışır.
  • Şəhriyar Əliyevlə oyundan sonra xüsusi görüşdünüz. Mətbuatda onunla münasibətinizin yaxşı olmadığı deyilirdi. Bu görüş barışıq əlaməti idi?
  • Şəhriyardan həmişə çox şey gözləmişəm. Oyundan əvvəl də tapşırdım ki, bu gün meydanda sən danışacaqsan, kənarda mən. Bəzi tapşırıqlar vermişdim ona, öhdəsindən gəldi. Kapitan və lider kimi ağırlığını meydanda qoya bildi.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button